İlham Əliyev: `Azərbaycanda tam sabitlik hökm sürür` - CANLI YAYIM

İlham Əliyev: `Azərbaycanda tam sabitlik hökm sürür` - CANLI YAYIM
  22 Yanvar 2015    Oxunub:3480
Azərbaycan prezidenti İlham Əliyev hazırda Davosda keçirilən 45-ci Dünya İqtisadi Forumunda çıxış edir.

İlham Əliyev forumda çıxışı zamanı Azərbaycanda hökm sürən sabitlikdən söz açıb:

“Azərbaycanda vəziyyət tarixdə ilk dəfə bu qədər sabitdir, lakin sərhədlərdən kənarda vəziyyət dəyişir”

Dünya bazarında neft qiymətlərinin ucuzlaşmasına toxunan prezident bildirib ki, Azərbaycan aşağı neft qiymətləri ilə yaşamağı, daha effektiv olmağı öyrənəcək.

Ölkə prezidenti iqtisadi islahatların aparılmasından da danışıb: “Radikal iqtisadi islahatlar sosial problemlər nəticələnə bilər”.

Dövlət başçısı çıxışında deyib ki, Azərbaycan 1991-ci ildə müstəqil olub: "Bu, regionda böyük dəyişiklik, eləcə də bizim qarşımızda böyük vəzifə idi, çünki müstəqil dövlət qurmaq imkanı yaranmışdı. Biz dövlət qurmalı, eləcə də bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan müasir iqtisadiyyat yaratmalı idik”.

İlham Əliyev Azərbaycanda baş verən transformasiyalar barədə də danışıb: “Bizim üçün transformasiya siyasi sistemin transformasiyası demək idi, çünki müstəqilliyin əldə edilməsinə qədər bu bizdə yox idi. Bu, həmçinin planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına transformasiya idi”.

Prezident bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır və iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir: "Biz neftin qiymətinin təsirindən getdikcə daha az asılı oluruq. Eyni zamanda, beynəlxalq maliyyə institutları, o cümlədən AYİB və digərlərinin yardımı ilə iri infrastruktur layihələrinin həyata keçirilməsi üçün çox iş görülüb".

İlham Əliyev qeyd edib ki, Azərbaycan artıq donor ölkəyə çevrilib və bir sıra layihələri yalnız özü maliyyələşdirir.

AzVision.az canlı yayımı təqdim edir:



Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti