Füzulidə bir qəsəbəyə qaz verilib

Füzulidə bir qəsəbəyə qaz verilib
  22 Yanvar 2015    Oxunub:2055
Füzuli rayonunun Qayıdış-3 qəsəbəsinə ilk dəfə təbii qaz verildi
“Azəriqaz” İB-dən AzVision.az-a verilən məlumata görə, “Azəriqaz” İstehsalat Birliyi respublikamızın qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirləri uğurla davam etdirir.

Uzun müddət təbii qaz almayan yaşayış məntəqələri “mavi yanacaq”la təmin olunur, qaz infrastrukturu gündən-günə inkişaf etdirilir. Yanvarın 22-də Füzuli rayonunun Qayıdış-3 qəsəbəsinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 200 abonenti olan qəsəbənin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 7816 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 200 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti