Şad xəbər: Pensiyalar artacaq

Şad xəbər: Pensiyalar artacaq
  24 Yanvar 2015    Oxunub:4706
Ölkədə pensiyaların hesablanması yeni qayda əsasında həyata keçiriləcək. Artıq Dövlət Sosial Müdafiə Fondu bununla qanunvericiliyə dəyişiklik hazırlayır. Yeniliyin tətbiqi vətəndaşların aldığı pensiya məbləğinin artmasına imkan verəcək.
ANS TV-nin məlumatına görə, sosial sığorta haqları əsasında təyin edilən pensiyaların hesablanması qaydası dəyişəcək. Dövlət Sosial Müdafiə Fondu hazırda digər qurumlarla birgə həm sosial sığorta haqqında, həm də əmək pensiyaları haqqında qanuna dəyişikliklərlə bağlı layihəni hazırlayır və tezliklə hökümətə təqdim olunacaq.

Yeni qanunvericiliyin tətbiqi nəticəsində pensiya məbləğləri yeni qayda ilə hesablanacaq.

Dövlət sosial müdafiə fondunun sədri Elman Mehdiyevin sözlərinə görə, hazırda sosial sığorta haqlarının məbləği yalnız 50%-lik hissəsi fərdi hesablarda qeydiyyata alınır: "Digər 50%-lik hissəsi isə ümumi istifadəyə verilərək Dövlət Sosial Müdafiə Fondu tərəfindən baza hissəsinin maliyyələşdirilməsi və digər fondun xərclərinin qarşılanmasına yönəldilir. Yeni qaydaların tətbiqindən sonra isə ödənən sosial sığorta haqqlarının 50%-lik, tam yəni 100 %-lik məbləğinin fərdi hesablarda qeydiyyatı aparılacaq. Və bununla da daha yeksək əmək haqqı məbləğlərində yüksək sosial sığorta haqları ödəyən şəxslərin pensiya təminatında da daha yüksək məbləğlərə nail olunması mexanizminə keçriləcək”.

Pensiyaların yeni qayda ilə hesablanması aylıq pensiya məbləğinin ödənilən sosial sığorta haqlarına uyğun artırılmasına, həm də işə götürən və işçi arasında əmək haqqını leqallaşdırılması zamanı yaranan problemlərin aradan qaldırılmasına təsir edəcək.




Teqlər:





Xəbər lenti