Qanunsuz ov edənlər saxlanıldı

Qanunsuz ov edənlər saxlanıldı
  24 Yanvar 2015    Oxunub:2218
Saatlı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov etdikləri üçün Saatlı şəhər sakini Ülkər Qarayev və Nərimankənd kənd sakini Zahid Novruzov saxlanılıblar.

Ü.Qarayevin “Niva” markalı avtomobilinə baxış zamanı müvafiq sənədləri olmayan 2 ədəd “İJ” markalı ov tüfəngləri, 5 patron, 23 ədəd ovlanmış ördək və digər ləvazimatlar aşkar edilərək götürülüb.


Teqlər:  





Xəbər lenti