Azərbaycanda 51 mindən çox şəxs Prezident təqaüdü alır

Azərbaycanda 51 mindən çox şəxs Prezident təqaüdü alır
  27 Yanvar 2015    Oxunub:2390
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 51600 nəfərdən çox şəxsə Prezident təqaüdləri təyin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən, Nazirlik tərəfindən Prezident təqaüdü təyin olunan vətəndaşların sayı hazırda 51618 nəfər təşkil edir.

Son bir ildə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşlara təyin olunan Prezident təqaüdlərində mühüm artımlar edilməklə, həmin təqaüdlə təmin edilən vətəndaşların əhatə dairəsi daha da genişlənib. Belə ki, qeyd olunan dövrdə Azərbaycan Prezidentinin müvafiq Fərmanlarına əsasən, Prezident təqaüdünün orta aylıq məbləği müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün 50%-ə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 81,8% artırılıb. Habelə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş, müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə və I qrup əlilliyə görə sosial müavinət alan vətəndaşlara da Azərbaycan Prezidentinin təqaüdünün təyin olunaraq ödənilməsinə başlanıb.

Ümumilikdə son bir ildə Prezident təqaüdü ilə təmin olunan vətəndaşların sayı 16637 nəfər (47,5 faiz) artıb.

Cari ilin əvvəlindən isə dövlət başçısının 2014-cü il 11 avqust tarixli Fərmanı ilə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə də aylıq 200 manat olmaqla Prezident təqaüdü təyin olunur.



Teqlər:





Xəbər lenti