`Azersun`-un yeni loqosunun mənası nədir? – ŞƏKİL

`Azersun`-un yeni loqosunun mənası nədir? – ŞƏKİL
  28 Yanvar 2015    Oxunub:16202
`Azersun Holding` şirkətlər qrupu loqosunu dəyişib və yeni korporativ stilə keçib. Bu barədə dünən şirkətin rəhbərliyi jurnalistlərlə görüşündə məlumat verdi.

Yeni loqonu `Pepsi`, `Danone`, `Nestle` və onlarla digər qlobal kompaniyanın korporativ stilini işləmiş məşhur `La Marq` dizayn şirkəti hazırlayıb.

`Azersun`-un köhnə loqosunda olan və şirkətin 19 dəyərini əks etdirən 19 ulduz yeni loqoda da saxlanılıb. Amma bu dəfə loqonun görünüşünə dinamiklik vermək üçün ora iki aypara əlavə olunub. `Azersun` kənd təsərrüfatı və qida sahəsində ixtisaslaşan şirkət olduğu üçün aşağıdakı aypara yaşıl (yer, çəmənlik, əkin), yuxarıdakı aypara isə mavi rəngdədir. Bu, yerdən göyə ucalmaq anlamını verir.

Qeyd edək ki, şirkətin sponsoru olduğu `Qarabağ` FK-nın formasında da bundan sonra yeni loqo olacaq.

Şirkətin baş direktoru Savaş Uzan bildirdi ki, əgər bu gün Azərbaycanda siyasi və iqtisadi sabitlik olmasa, `Azersun` əldə etdiyi nailiyyətləri qazana bilməzdi. `Azərbaycan – parlayan bir ulduzdur, onun daha da parlaması üçün çaılşmaq boynumuzun borcudur`,- deyə o, vurğuadı.

Tariyel
AzVision.az



Teqlər:  





Xəbər lenti