İpoteka krediti onlayn veriləcək

İpoteka krediti onlayn veriləcək
  30 Yanvar 2015    Oxunub:2351
Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondu (AİF) “Elektron İpoteka Sistemi”ni (EİS) istifadəyə verib
AzVision.az-ın AİF-ə istinadən yaydığı məlumata görə, sistemin tətbiqi ipoteka bazar iştirakçılarına - Müvəkkil Kredit Təşkilatlarına (MKT), Sığorta və Qiymətləndirici şirkətlərə bütün texniki prosedurları real vaxt rejimində (onlayn) həyata keçirməyə imkan verir. Bu da öz növbəsində, kreditləşmə prosesinin surətlənməsini və sistemin səmərəli fəaliyyətini təmin edir.

Bununla yanaşı, gəlkən həftədən EİS sisteminin davamı olan "Elektron İpoteka Portalı" real vaxt rejimində əhalinin tam istifadəsinə veriləcək. Belə ki, bundan sonra ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa olaraq internet vasitəsi ilə real vaxt rejimində (onlayn) portalın veb səhifəsinə www.e-ipoteka.az daxil olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir. Müraciət etmək üçün ilkin mərhələdə qeydiyyatdan keçərkən, hər bir şəxs özünə dair bütün zəruri məlumatları daxil edərək, ümumilikdə qiymətləndirilir. Eyni zamanda ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs müvəkkil kredit təşkilatlarının ipoteka kreditləri üzrə təklif etdiyi şərtlərə diqqət yetirməli, onları təhlil etdikdən sonra, yekun olaraq müraciətini təsdiqləməlidir.


Teqlər:





Xəbər lenti