Azərbaycanda xarici siqaretlər bahalaşacaq

Azərbaycanda xarici siqaretlər bahalaşacaq
  08 Fevral 2015    Oxunub:2052
Azərbaycanda idxal olunan tütün məmulatlarının aksizlərinin artması siqaretlərin bahalaşmasına səbəb ola bilər.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə "European Tobacco Baku" (ЕТВ) ASC-nin İdarə Heyətinin sədri Rüfət Quliyev bildirib.

Onun sözlərinə görə, bazarda qiymət dəyişiklikləri yalnız xarici siqaretlərə aid olacaq, yerli məhsulların qiymətləri isə hazırkı səviyyədə qalacaq: "Hər halda bunun necə baş verəcəyini dəqiq demək çətindir. Obyektiv tələb və təklif qanunu var. Əgər adamlar daha yüksək qiymətə siqaret almağa hazır olarlarsa, onda qiymətlər yuxarı sıçraya bilər. Əgər tələb düşərsə, onda qiymətlər çox da qalxmayacaq, ya da ümumiyyətlə, dəyişməyəcək. Qiymətlərdə kəskin sıçrayışın olacağına şübhə edirəm. Əgər dəyişikliklər olarsa, bu, cüzi olacaq”.

R.Quliyev qeyd edib ki, bu gün ETB ölkədə siqaretə tələbatın 27-30 faizini ödəyir: "Daha çox satmaq imkanımızın olduğu məlum olarsa, onda istehsalın həcmini artıracağıq. Müəssisənin istehsal gücü bunu etməyimizə imkan verir. Əlbəttə ki, bu bazardakı rəqabətdən asılıdır. Tütün məmulatlarının istehsal həcminin artırılması bir neçə amildən - siqaret istehsalçısı olan böyük şirkətlər arasındakı razılşamalardan, bazardakı tələbdən və xammalın qiymətlərindən asılıdır”.

Bu günlərdə Azərbaycan Nazirlər Kabineti respublika ərazisinə gətirilən spirtli içkilərin, tütün məmulatlarının, eləcə də neft məhsullarının yeni aksiz dərəcələrini təsdiqləyib. Onlar 2015-ci il martın 1-dən qüvvəyə minəcək.


Teqlər:





Xəbər lenti