Evini satmaq istəyənlərin nəzərinə

Evini satmaq istəyənlərin nəzərinə
  09 Fevral 2015    Oxunub:2461
Vergilər naziri Fazil Məmmədov daşınmaz əmlakın alqı-satqısından əlavə dəyər vergisinin (ƏDV) tutulmasına münasibət bildirib.
Vergilər naziri Fazil Məmmədov bu gün keçirdiyi brifinqdə qeyd edib ki, bu prosedur ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq tənzimlənir. Daşınmaz əmlakın alqı-satqısından ƏDV-nin tutulması əvvəllər də müvafiq qanunvericilikdə var idi. Sadəcə bunun uçotu aparılmırdı, deyən nazir bildirib ki, bu gün bütün alqı-satqılar notarial qaydada rəsmiləşdirilir və Vergilər Nazirliyinə təqdim olunur. Artıq nazirlikdə məlumat bazası da var.

Daşınmaz əmlakın alqı-satqısından ƏDV-nin tutulmasına ötən ilin əvvəlindən başlanıldığını xatırladan nazir bildirib ki, əgər daşınmaz əmlakın alqı-satqısından mənfəət əldə olunacaqsa ƏDV tətbiq olunacaq, daşınmaz əmlak əvvəlki qiymətə satıldığı halda, yalnız ƏDV arasındakı fərq tutulacaq.


Teqlər:





Xəbər lenti