Bir ayda 685 min manat

Bir ayda 685 min manat
  10 Fevral 2015    Oxunub:1665
Bu ilin yanvar ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 685 milyon 899,4 min manat vəsait daxil olub, proqnoz tapşırığına 103,3 faiz əməl edilib.
Nazirlikdən verilən məlumata görə, bu məbləğin 44,6 faizi mənfəət vergisinin, 24,7 faizi əlavə dəyər vergisinin, 9,5 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,8 faizi aksizlərin, 2,9 faizi sadələşdirilmiş verginin, 10,5 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə 344 milyon 705,6 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çoxdur.

Hesabat dövründə respublika üzrə 7114 vergi ödəyicisi qeydiyyata alınıb. 2015-ci il fevralın 1-dək qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 616 min 242 olub ki, bu da ötən ilin eyni dövrü ilə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 13,1 faiz çoxdur.

Yanvar ayında respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 95,1 faiz təşkil edib.


Teqlər:





Xəbər lenti