Azərbaycan 12 milyard qazandı - qaz satışından

Azərbaycan 12 milyard qazandı - qaz satışından
  11 Fevral 2015    Oxunub:2841
2014-cü il ərzində Dövlət Neft Fondunun büdcə gəlirləri 12 milyard 731,0 milyon manat, büdcə xərcləri isə 10 milyard 117,2 milyon manat təşkil edib.
Dövlət Neft Fondundan AzVision.az-a bildirilib ki, qurumun ötən il ərzində neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 milyard 343,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 12 milyard 319,8 milyon manat, tranzit gəlirləri 8,9 milyon manat, bonus ödənişləri 13,3 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manata çatıb.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri isə 387,2 milyon manata bərabər olub.

AzVision.az


Teqlər:





Xəbər lenti