Şəmkirdə saxta pul əməliyyatı

Şəmkirdə saxta pul əməliyyatı
  12 Fevral 2015    Oxunub:3739
Şəmkirdə Rusiya Federasiyası vətəndaşından 300 min rubla yaxın saxta pul əskinasları götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəllər qəsəbəsinin ərazisində Rusiya Federasiyası vətəndaşı Ələkbər Aslanov şübhəli şəxs qismində saxlanılıb.

Onun üstünə baxış zamanı 39 ədəd 5000, 25 ədəd 1000 və 10 ədəd 500 rus rublu olan saxta əskinaslar (225000), habelə 1 ədəd 20000, 1 ədəd 10000, 2 ədəd 5000, 2 ədəd 1000, 1 ədəd 500 və 3 ədəd 50 belarus rublu olan saxta əskinaslar (42650) aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparıır.


Teqlər:  





Xəbər lenti