Bakıda qoz-fındıq bahalaşdı

Bakıda qoz-fındıq bahalaşdı
  13 Fevral 2015    Oxunub:2587
2015-ci ilin yanvar ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında Dövlət Statistika Komitəsi məlumat yayıb.
Komitədən AzVision.az-a verilən məlumata görə, 2015-ci ilin yanvar ayında əvvəlki ilin dekabr ayına nisbətən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri, o cümlədən ayrı-ayrılıqda həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,0 faiz bahalaşıb.

Birillik bitkilərdən arpanın istehsalçı qiyməti 2,1 faiz, buğdanın 0,3 faiz ucuzlaşıb, xiyarın 10,4 faiz, pomidorun 1,1 faiz, baş kələmin 0,4 faiz, quru otun 1,9 faiz, yoncanın 2,9 faiz, noxud dəninin 0,7 faiz, lobya dəninin 0,2 faiz, kartofun istehsalçı qiyməti isə 0,7 faiz bahalaşıb.

Çoxillik bitkilərdən xurmanın istehsalçı qiyməti 10,1 faiz, naringinin 9,3 faiz, heyvanın 6,9 faiz, narın 2,9 faiz, limonun 1,0 faiz, alma və portağalın 0,4 faiz, qoz-fındığın istehsalçı qiyməti isə 3,4 faiz bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 6,8 faiz, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun 4,5 faiz, cavan camışların 1,0 faiz, təbii balın istehsalçı qiyməti 0,4 faiz bahalaşıb, quş ətinin (diri çəkidə) 0,7 faiz, diri qoyun və keçilərin 4,1 faiz, qoyun ətinin (diri çəkidə) istehsalçı qiyməti isə 0,5 faiz ucuzlaşıb.


Teqlər:





Xəbər lenti