Leyla Yunusun həbs müddəti 5 ay artırıldı

Leyla Yunusun həbs müddəti 5 ay artırıldı
  18 Fevral 2015    Oxunub:1769
Bu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanın verdiyi təqdimata baxılıb.
Bu barədə APA-ya məlumat verən vəkil Elçin Qəmbərov bildirib ki, məhkəmə L. Yunusun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 5 ay uzadılması barədə qərar qəbul edib.

Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisiLeyla Yunusbarəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Ötən il oktyabrın 24-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə L. Yunusun həbs müddəti 4 ay uzadılıb.


Teqlər:





Xəbər lenti