Manatın aqibəti necə olacaq? - VİDEO

Manatın aqibəti necə olacaq? - VİDEO
  19 Fevral 2015    Oxunub:3268
İki gündür Azərbaycanda dollar ajiotajı yaşanır.
ANS TV bunun səbəbini uzun müddət hökumətdə vəzifə daşıyan iqtisadçı Oqtay Haqverdiyevlə müzakirə edib.

- Oqtay müəllim, dollara yaranan maraq nə qədər realdır? Həqiqətən manat öz gücünü dollara görə itirəcək? Yoxsa bu bir psixoloji testdir?

- Əlbəttə ki, bu, ajiotaj deyil, sadəcə psixoloji bir haldır. Sual yaranır ki, nəyə görə camaat Mərkəzi Bankın sədrinin çıxışını düzgün başa düşməyiblər? Ötən ilin dekabr ayının 30-da Mərkəzi Bankın bəyanatı olub. Bəyatda açıq-aydın qeyd edilir ki, 2015-ci ildə maliyyə-kredit siyasəti stabil qalacaq. Manatın məzənnəsi stabildir və makroiqtisadi sabitliyin pozulması üçün heç bir əsas yoxdur. Belə ki, son 4-5 il ərzində dollar məzənnəsi 0,78 qəpik olub və bu hədd 2015-ci ildə də dəyişməz olaraq qalacaq.

- Oqtay müəllim, bu ajiotajın səbəbi nədir? Əslində belə bir halın baş verəcəyi praqnozlaşdırıldı?

- Azərbaycanda dollarla bağlı baş verən ajiotaj əsasən Rusiyada gedən proseslərin təsiridir. Belə ki, bu ölkədə dolların devalvasiyasını görən insanlarımız təşvişə düşüb. Məhz belə bir vaxtda Mərkəzi Bankın sədri “Financial Times” qəzetinə açıqlama verir. Sədr bildirir ki, yeni bir səbət yaradılacaq, dollarla və avronun məzənnəai tənzimlənəcək.




Teqlər:  





Xəbər lenti