Bakıda çörəyi belə daşıyırlar - VİDEO

Bakıda çörəyi belə daşıyırlar - VİDEO
  24 Fevral 2015    Oxunub:2815
Bakıda natəmiz şəkildə çörək daşınması ilə bağlı video yayılıb.
AzVision.az-ın məlumatına görə, çörəyin mağazalarda necə satıldığını əks etdirən videoda görüntülər heç də xoş deyil. Videodan göründüyü kimi çörək yeşiklərdə açıq şəkildə daşınır. Daşınma zamanı yeşik yerə qoyulur.

Məsələ ilə əlaqədar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ANS PRESS-ə açıqlamasında bildirib ki, hazırda bu sahdə xeyli irəliləyiş var. Bu da görülən işlərin nəticəsidir.

“Hazırda dükanlarda çörəklər xüsusi qablaşdırmada satılır. Lakin hələ də problemlər var. Bununla da mübarizə aparılır. İstehlakçılar da, bu baxımdan diqqətli olmalıdırlar. İstehlakçılar bilməlidirlər ki, çörəyi hər yerdən almaq olmaz. Əldən, küçədən, toz-torpaq altında satılan yerlərdən heç zaman çörək almaq olmaz. İlk andan çörəyin keyfiyyəti bilinmir”, - Fazil Talıblı bildirib.

İqtisadi və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti çörəyin istehlakçılara keyfiyyətli şəkildə çatdırılması, daşınması, saxlanması, qablaşdırılması və s. kimi məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, çörəyin daşınması zamanı xüsusi sanitar qaydalara əməl olunmalıdır. Belə ki, çörəklər ticarət şəbəkələrinə bu məqsəd üçün nəzərdə tutulan xüsusi maşınlarla daşınmalıdır.

Çörəyin bərbad vəziyyətdə satış məntəqələrinə daşınması ilə bağlı videogörüntü təqdim edir:




Teqlər:





Xəbər lenti