Nazirlik süni qiymət artıranlara iş qaldırdı

Nazirlik süni qiymət artıranlara iş qaldırdı
  26 Fevral 2015    Oxunub:3353
Manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlar zamanı istehlak bazarında "Westgold", "French Cow" kərə yağlarının və "Oldenburger" pendirlərinin qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib.

Bununla əlaqədar həmin malların istehlak bazarında əsas təchizatçısı olan "Vest Produkt Marketinq" MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti