Millimiz yenə gerilədi

Millimiz yenə gerilədi
  12 Mart 2015    Oxunub:1623
FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
AzVision.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisi ötən ayla müqayisədə 8 pillə geriləyib.

Ötən ay aktivində 222 xal olan yığma bu dəfə 198 xalla 139-cu pillədə qərarlaşıb.

“Avro2016”nın seçmə mərhələsində millimizin rəqibləri olan İtaliya 10-cu (+2), Xorvatiya 19-cu (mövqeyində dəyişiklik yoxdur), Norveç 70-ci (-1), Bolqarıstan 71-ci (-1), Malta isə 145-ci (+4) yeri tutur.

İlk üçlükdə dəyişiklik olmayıb. Reytinq siyahısına yenə son dünya çempionu Almaniya yığması başçılıq edir. Argentina ikinci, Kolumbiya isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, növbəti reytin siyahısı aprelin 9-da açıqlanacaq.


Teqlər:





Xəbər lenti