Azərbaycan Avropanın 6 baza ölkəsindən biri oldu

Azərbaycan Avropanın 6 baza ölkəsindən biri oldu
  14 Mart 2015    Oxunub:2650
Azərbaycan xərcəng xəstəliyində şüa müalicəsinin aparılması üzrə Avropanın 6 baza ölkəsindən biri olub.
AzVision.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli Trend-ə bildirib ki, Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın xərcəng xəstəliyində şüa müalicəsinin aparılması üçün ən müasir texnologiyalar layihələşdirilən və istehsal edən “Varian Medikal Sistems” şirkəti ilə birgə mərkəzdə təkmilləşdirmə bazası yaradılıb.

A.Kərimli bildirib ki, Azərbaycanda yaradılana qədər “Varian Medikal Sistems” şirkətinin təkmilləşdirmə bazası Avropanın 5 ölkəsində olub. Azərbaycan Avropada bu bazanın yarandığı 6-cı ölkə olub.

Baş onkoloqun sözlərinə görə, bu bazada həm xəstələrin müayinə və müalicəsi, həm də həkimlərin təkmilləşdirməsi həyata keçirilir. A.Kərimli bu işlərin müştərək şəkildə aparıldığını da nəzərə çatdırıb: “Əvvəllər bizim həkimlər ixtisasları üzrə daha da təkmilləşmək üçün başqa ölkələrə gediblər. Ancaq artıq başqa ölkələrin həkimləri təkmilləşdirmə kurslarında iştirak etməkdən ötrü Azərbaycana gələcəklər”.


Teqlər:





Xəbər lenti