Publika.az-dan ayrılan üçlük yeni sayt açdı
Sayta tanınmış jurnalist, publika.az-ın keçmiş baş redaktoru Amil Hacıyev rəhbərlik edəcək.
- Sivil.Az saytında Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri oxucularına çatdıracaq. Həmçinin saytımızda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları təqdim olunacaq. Saytımız siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etməyəcək, tam obyektiv, müstəqil və şərhsiz xəbər istehsal edəcək. Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını fəal əməkdaşlığa dəvət edirik,- deyə Amil Hacıyev bildirib.
Qeyd edək ki, bir müddət öncə Publika.az-dan ayrılan tanınmış yazarlar Rəbiqə Nazimqızı və İntiqam Valehoğlu da Sivil.Az-da fəaliyyətə başlayıblar.
Teqlər: