Türkiyə Rusiyanın təklifindən imtina etdi

Türkiyə Rusiyanın təklifindən imtina etdi
  17 Mart 2015    Oxunub:2893
Türkiyə Rusiyanın qazla bağlı təkliflərindən imtina edib.
AzVision.az-ın məlumatına görə, bu barədə Türkiyənin “Aktifmedya” qəzeti xəbər yayıb.

Məlumata əsasən Türkiyənin “BOTAŞ” şirkəti Rusiya qazına görə, bu ölkəyə təqdim olunan 10,25 faiz həcmində güzəştlə bağlı “Qazprom”la bağlanması planlaşdırılan sazişi imzalamayıb.

Türkiyə şirkəti Rusiya tərəfinin təqdim etdiyi qaz güzəştlərinin onları qane etmədiyini vurğulayıb.

Türkiyə tərəfinin ölkəyə tədarük edilən Rusiya qazına tətbiq edilən güzəşt məsələsi ilə bağlı arbitraj məhkəməsinə müraciət edəcəyi gözlənilir.

Qeyd edək ki, fevralın 27 Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Rusiya ilə aparılan danışıqlar nəticəsində Türkiyəyə satılan təbii qazın qiyməti 10,25% ucuzlaşdığını bildirmişdi. Amma bu ucuzlaşma əhaliyə verilən təbii qaza şamil edilməyəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti