Azərbaycan tütün idxalını artırıb

Azərbaycan tütün idxalını artırıb
  20 Mart 2015    Oxunub:1847
Cari ilin yanvar-fevral ayları ərzində Azərbayacana 64,4 mln. ABŞ dolları həcmində tütün və tütün məmulatları idxal edilib. Nəticədə, tütün idxalında ötən ilin eyni dövrü ilə müqayisədə 13,1% artım qeydə alınıb.
AzVision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu müddətdə tütün idxalı ölkənin məcmu idxalının 3,77%-ni təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu müddətdə ölkədə 3,532 mln. manat həcmində tütün məmulatları istehsalı həyata keçirilib. Bu da illik müqayisədə 10,9% artım deməkdir. Cari ilin ilk iki ayında ölkədə 263,7 mln. ədəd papiros və siqaret istehsal olunub ki, bu da illik 15,2% azalmadır. Əksinə, fermentləşdirilmiş tütün istehsalında isə 5,8 dəfə artım qeydə alınıb və istehsal həcmi 306,5 tona çatıb.

Statistikaya əsasən, 2015-ci il fevralın 1-nə ölkə əhalisi 9,6 mln. nəfər təşkil edib. Bu da ölkədə adambaşına tütün idxalının təxminən 6,71 dollar, istehsalın təxminən 37 qəpik olmasını göstərir. Ölkədə adambaşına təxminən 27,5 ədəd siqaret və papiros istehsal olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti