Xəzərdə yenə zəlzələ oldu
Növbətçi Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a verilən məlumata görə, maqnitudası 5.4 bal gücündə olan təkanlar yerin 6 km dərinliyində qeydə alınıb.
Təkanlar yerli vaxtla saat 02.45-də baş verib.
Xəzərin 40.01, 51.65 koordinatlarında qeydə alınmış zəlzələ hiss olunmayıb.
AzVision.az
Teqlər: