Prokurorluqdan ana ölümü ilə bağlı AÇIQLAMA
E.Sultanovun sözlərinə görə, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. İş üzrə zəruri istintaq tədbirləri aparılır.
Xatırladaq ki, martın 20-də Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib. 29 yaşlı İlahə Musazadə “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ölüb.
Ana uşağı qeysəriyyə əməliyyatı zamanı sağ-salamat dünyaya gətirsə də, özü doğuşdan sonra dünyasını dəyişib.
“Astoriya” Tibb Mərkəzi hadisənin olmasını təsdiqləyib. Lakin klinikadan hadisə ilə bağlı ətraflı məlumat verməkdən boyun qaçırırlar.
AzVision.az
Teqlər: