Bu gündən yaz havası olacaq

Bu gündən yaz havası olacaq
  25 Mart 2015    Oxunub:1790
Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava mülayimləşəcək, temperatur tədricən yüksələcək. Azərbaycanın bölgələrində bu gündən başlayaraq yağıntılar kəsəcək. Martın 26-da havanın yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, martın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, arabir tutulacağı gözlənilir. Lakin günün ikinci yarısında yarımadanın bəzi yerlərində çiskin olacaq. Şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında martın 25-də havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında martın 25-də bəzi yerlərdə yağış yağacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qara keçəcəyi gözlənilir. Günün ikinci yarısından yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 8-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

AzVision.az





Teqlər:





Xəbər lenti