AZAL qiymətləri endirdi - ŞAD XƏBƏR

AZAL qiymətləri endirdi - ŞAD XƏBƏR
  17 Aprel 2015    Oxunub:2838
«Azərbaycan Hava Yolları» 20 faizlik güzəşt aksiyasına başlayıb.
AZAL-dan AzVision.az-a verilən məlumata görə, aksiya aprelin 16-dan iyulun 1-dək Barselona, Lvov, Berlin, Paris, Roma, Milan, Praqa, Bişkek, Minsk, Tel-Əviv və Dubay istiqamətindəki uçuşlar üçün alınan biletlərə tətbiq olunur.

Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Eyni zamanda bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmur, yerlər məhdud olar bilər. Maksimal qalma müddəti isə bir aydır.

Daha ətraflı məlumat almaq və aviabiletlərin bronlaşdırıması üçün Çağırış Mərkəzinə müraciət edə bilərsiniz:

+(99412) 598-88-80
*8880

AzVision.az


Teqlər:





Xəbər lenti