Prezident `soyqırım`a görə Davudoğluna zəng elədi

Prezident `soyqırım`a görə Davudoğluna zəng elədi
  17 Aprel 2015    Oxunub:2858
Avropa Parlamentinin (AP) prezidenti Martin Şultz Türkiyənin baş naziri Əhməd Davudoğluna zəng edib.
AzVision.az Tükiyə mətbuatına istinadən xəbər verir ki, AP-nin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnamədən danışan M.Şultz adı çəkilən qərarın onun olmadığı iclasda qəbul edildiyini deyib:

“Türkiyənin bu mövzuya münasibətini və qətnamə ilə bağlı mövqeyini şəxsən çox yaxşı başa düşürəm”.

Söhbət zamanı Davudoğlu Türkiyənin bu qətnaməni rədd etdiyini vurğulayıb və bildirib ki, bu, Türkiyə ilə Avropa Birliyi arasındakı münasibətlərə ziyan vura bilər:

“Eyni zamanda Ermənistanla da münasibətlərin qaydaya salınması üçün göstərilən səylərə mənfi təsir edə bilər. Avropa və onun ətrafında siyasi böhranların yaşandığı vaxtda Avropa təşkilatlarının Türkiyə ilə münasibətləri yüksək səviyyədə saxlamaq əvəzinə Avropa Parlamentinin belə qərar verməsi yersizdir”.

Qeyd edək ki, Avropa Parlamentinin aprelin 15-də baş tutan iclasında “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul edilib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti