Bu mağazalardan mal almayın - SİYAHI

Bu mağazalardan mal almayın - SİYAHI
  20 Aprel 2015    Oxunub:1914
Mağazalarda vaxtı keçmiş məhsullar aşkarlandı
AzVision.az xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı aşağıda adı olan yerlərdə saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Bakının Yasamal rayonunda

- T.Talıblı küçəsi, 28 ünvanında Bəxtiyar Mehtiyevə məxsus mağazada;

Qazax şəhərində

- N.Nərimanov küçəsində "Elas" MMC-yə məxsus yeməkxanada;

Yevlax rayonunda

- Xaldan kəndində Rafiq Xəlilova məxsus mağazada;

Ağcabədi şəhərində

- S.Vurğun küçəsində İlkin Hüseynova məxsus yeməkxanada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Suraxanı rayonunda

- Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsi, 24 ünvanında İlham Zairova məxsus mağazada;

Nəsimi rayonunda

- Cavad Xan küçəsi, 40 ünvanında Səttar Hüseynova məxsus mağazada;

Abşeron rayonunda

- Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 46 ünvanında Əlibayram Niftəliyevə məxsus mağazada;

Sumqayıt şəhərində

- 11-ci mikrorayonda Fərhad Fərəməzova məxsus mağazada;

Göyçay şəhərində

- Nizami küçəsində Məleykə Əliyevaya məxsus mağazada;

Qusar rayonunda

- Bala Qusar kəndində Sarvan Seyidova məxsus mağazada;

Ağsu şəhərində

- Nəsimi küçəsində Zahid Cəlilova məxsus mağazada;
- T.İsmayılov küçəsində Azər Məhərrəmova məxsus mağazada;

Cəlilabad şəhərində

- Cavad Xan küçəsi, 3 ünvanında Ruslan Kərimova məxsus mağazada;

Masallı rayonunda

- Qızılavar kəndində Xudaverdi Bəşirova məxsus mağazada;

Balakən şəhərində

- H.Əliyev prospektində Gülnaz Alqayevaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.


Teqlər:





Xəbər lenti