Rövnəq Abdullayev `Total`ın səhmlərini alır

Rövnəq Abdullayev `Total`ın səhmlərini alır
  29 Aprel 2015    Oxunub:2729
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə Fransanın “Total” şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini (YDM) satın almağa hazırlaşır.
AzVision.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı iddia irəli sürüb.

Türm mətbuatının yazdığına görə, bu yaxınlarda “Total” şirkəti Türkiyədən çıxma qərarı alıb. Bundan sonra isə SOCAR Fransa şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini almağı planlaşdırır.

Eyni zamanda qeyd olunub ki, SOCAR-la yanaşı BP şirkəti də “Total”ın yanacaqdoldurma məntəqələrini almaqda iddialıdır. Buna iddianın ortaya çıxmasına səbəb isə BP-nin bir müddət yaydığı açıqlama olub.

Açıqlamada qeyd olunub ki, BP-nin Türkiyədə yanacaqdoldurma məntəqələri var və 2 il müddətində bu rəqəm 800-ə çıxa bilər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti