Telefon danışıqları ucuzlaşacaq - Nazirdən şad xəbər

Telefon danışıqları ucuzlaşacaq - Nazirdən şad xəbər
  29 Aprel 2015    Oxunub:4261
“Azərspace1” telekommunikasiya peyki Birinci Avropa Oyunlarının yayımını təşkil edəcək 4 peykdən biri seçilib. Artıq test prosesindən keçib və bu gün onun istifadəsi üçün peyk tamamilə hazırdır.

AzVision.az xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalsitlərə açıqlamasında deyib.

Nazir bildirib ki, oyunlar ərəfəsində dayanacaqlarda, ictimai yerlərdə, parklarda və olimpiya kəndində pulsuz wi-fi istifadəyə veriləcək.

“Bu iş provayderlər tərəfindən həyata keçiriləcək. Provayderlərə iki ay ərzində bu işin pulsuz həyata keçirilməsini təklif etmişik. Daha sonra bu ödənişli olaraq istifadə ediləcək”.

Ə.Abbasov daha sonra qeyd edib ki, yaxın zamanda Azərbaycanda mobil operatorların danışıq qiyməti enəcək.

Onun sözlərinə görə, bu istiqamətdə mobil operatorlarla aparılan danışıqlar nəticəsində yekun razılığa gəlinib.

“Mobil xidmətlərin ucuzlaşması üçün dövlətin üzərinə düşən vəzifə operatorlar arasında razılığa nail olmaqdır. Artıq onlar arasında tarifi 3 qəpik müəyyən edilməsi ilə bağlı razılığa gəlinib. Yaxın vaxtlarda bütün mobil operatorlar arasında mübadilə 5 qəpikdən 3 qəpiyə endiriləcək.
Lakin nəzərə almaq lazımdır ki, mobil xidmətlər dövlət tərəfindən deyil, rəqabət əsasında tənzimlənir. Biz də rəqabət mühitinin yaxşılaşdırılması və qiymətin tənzimlənməsi istiqamətində iş aparırıq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti