Sabah 24 dərəcə isti olacaq

Sabah 24 dərəcə isti olacaq
  01 May 2015    Oxunub:1587
Azərbaycanda mayın 2-nə müşahidə olunacaq hava proqnozu məlum olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunundan AzVision.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, şimal küləyi əsəcək. Əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

Şənbə günü Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.

Havanın temperaturunun gecə 11-16, gündüz 25-28, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti