Bakıda maşın 3 piyadanı vurdu, ölən var

Bakıda maşın 3 piyadanı vurdu, ölən var
  01 May 2015    Oxunub:1884
Bakıda üç piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.

1963-cü il təvəllüdlü Yolağa Ağamalıyev idarə etdiyi “VAZ-2106” markalı maşınla yolu keçən piyadalar - 1969-cu il təvəllüdlü Nahidə Cabbarovanı, 1991-ci il təvəllüdlü Gülbahar Cabbarovanı və 1981-ci il təvəllüdlü Əzizə Hüseynovanı vurub.

Nəticədə N. Cabbarova dünyasını dəyişib. Digərləri isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti