65 min insanın həyatı təhlükədədir

65 min insanın həyatı təhlükədədir
  01 May 2015    Oxunub:1979
Barselonada kimyəvi zavodda olan partlayış nəticəsində səma narıncı rəngdə zəhərli dumanla örtülüb.
Simar adlı zavodda yerli saatla 09:00 radələrində baş verən partlayışda 3 nəfər yaralanıb və əhaliyə açıq havaya çıxmamaq tapşırığı verilib. Hökumət rəsmiləri hadisəyə səbəb kimi 2 kimyəvi qazın reaksiyaya girməsini göstərir.

Simar zavodundan isə hələlik bir açıqlama verilməyib.

Ətrafdakı 6 qəsəbəyə yayılan zəhərli qaz buludu 65 min nəfərə təsir edib. Daxili İşlər Nazirliyi açıqlamasında havanın küləksiz olduğu üçün zəhərli qaz buludlarının dağıla bilmədiyini deyib: “Təəssüf ki, bölgədə külək yoxdur, ona görə zəhərli qaz buludlarının dağılması bir az zaman alacaq”.


“Qafqazinfo”


Teqlər:  





Xəbər lenti