“Sülh sözü bu ərazilərdən keçir” - Poroşenko

“Sülh sözü bu ərazilərdən keçir” - Poroşenko
  01 May 2015    Oxunub:1763
“Ukraynada sülh yalnız Donbass və Krım qaytarıldıqdan sonra mümkün olacaq”
AzVision.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko bəyan edib.

Onun sözlərinə görə, bu məsələdə heç bir kompramis ola bilməz: “ Sülh sözü bu ərazilərdən keçir. Buna nə qədər vaxt lazım gələ bilər? Lazım olduğu qədər. Münaqişənin nizamlanması üçün optimal variant Luqansk və Donetskdəki bütün ərazilərin rəsmi Kiyevin nəzarətinə qaytarılmasıdır. Ukrayna ərazisində işğalçılar olmayandan sonra heç bir barışığa ehtiyac qalmayacaq, çünki bizi heç nə ayırmayıb”.

Ölkənin şərqindən hərbi texnika və canlı qüvvələrin geri çəkilməsinə dair Ukrayna və ATƏT-in Rusiya tərəfinə bir neçə təklif ünvanladığını deyən Petro Poroşenko növbəti dəfə Rusiyanı separatçıları silah-sursat və canlı qüvvə ilə təchiz etməkdə ittiham edib.


Teqlər:  





Xəbər lenti