Nazir BVF-nin icraçı direktoru ilə görüşüb

Nazir BVF-nin icraçı direktoru ilə görüşüb
  01 May 2015    Oxunub:1660
Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakı şəhərində keçiriləcək Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısında iştirak etmək üçün Azərbaycana səfər edən Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktorunun müavini Mitsuhiro Furusavanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan iqtisadiyyatı, cari il və sonrakı illər üzrə ümumi iqtisadi göstəricilər, BVF ilə mövcud əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri, habelə gələcək inkişaf planları barədə fikir mübadiləsi aparılıb, Azərbaycanda davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğu, ölkəmizdə əlverişli biznes və investisiya mühitinin yaradıldığı, iqtisadi inkişafda özəl sektorun rolunun artırıldığı qeyd olunub.

Eyni zamanda, AİB Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti qeyd olunub, tədbirə hazırlığın yüksək səviyyədə təşkil edildiyi vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti