Türkmənistan Azərbaycanın qaz kəmərinə qoşulacaq

Türkmənistan Azərbaycanın qaz kəmərinə qoşulacaq
  02 May 2015    Oxunub:2517
Türkmənistan “Cənub” qaz dəhlizi kəmərinə sadiq qaldığını təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Enerji İttifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç öz “Twitter” səhifəsində yazıb.

O, Aşqabaddakı görüşü əməkdaşlığın davam etdirilməsi üçün stimul adlandırıb.

Qeyd edək ki, Aşqabadda Türkmənistan, Azərbaycan, Türkiyənin neft-qaz idarələrinin rəhbərləri və Avropa İttifaqı nümayəndələrinin iştirakı görüş keçirilib. Görüşdə yanacaq-energetika sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti