Nicat Dağlar bu gün xəstəxanaya yerləşdiriləcək

Nicat Dağlar bu gün xəstəxanaya yerləşdiriləcək
  29 İyul 2013    Oxunub:1372
“Ola bilsin xəstəliyi əməliyyatsız aradan qaldıra bilsinlər”.
“Nicat Dağlar indi Almaniyanın Frankfurt şəhərindədir. Bu gün xəstəxanaya yerləşdirəcəklər”. AzVision.az-a bu barədə Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu məlumat verib. Onun sözlərinə görə, ola bilsin iliyindən yenidən analiz götürdülər.

“Nicatın nə vaxt əməliyyat olunması ilə bağlı dəqiq məlumat yoxdur. Ola bilsin xəstəliyi əməliyyatsız aradan qaldıra bilsinlər. Ama dəqiq məlumat yoxdur. Hər şey analizlərin cavabından sonra bilinəcək”-deyə, C.Musaoğlu əlavə edib.

Qeyd edək, leykoz xəstəliyindən əziyyət çəkən jurnalistin müalicəsi ilə bağlı həmkarları prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya müraciət etmişdilər. Prezident İlham Əliyev səhhətində ciddi problemlər yaşayan tanınmış jurnalist Nicat Dağların müalicəsinə lazım olan bütün xərcləri öz üzərinə götürüb. O, iyulun 25-də müalicə almaq üçün Almaniyaya yola düşüb.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti