Putinə etiraz edən alman ağızını tikdi - VIDEO

Putinə etiraz edən alman ağızını tikdi - VIDEO
  12 Avqust 2013    Oxunub:1631
Almaniyalı transvistit Rusiyada böyük qalmaqala səbəb olan cinsi azlıqlar əleyhinə qanuna etiraz əlaməti olaraq ağzını tikib
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, internetdə transvestitin Rusiyada qeylərin əleyhinə qanun qəbul edilməsinə qarşı etiraz olaraq ağzını tikməsi videosu populyarlıq qazanıb.

Videoda Barbi Breykaut adlı transvestit iynə və sapla dodaqları deşir və ağzını bərk bağlayır. Yaralardan qan axır və sonda ağrıdan baş qəhrəmanın üzü çönür. Videonun ikinci hissədə transvestit Almaniya hökumətini Rusiyada homofobiyaya passiv münasibət bildirdiyinə görə tənqid edir.

Baxmayaraq ki, B.Breykautun Rusiya ilə heç bir bağlılığı yoxdur, Die Welt qəzetinə müsahibədə o bildirib ki, Rusiya qeylərə qarşı zorakılıq onun gəlbinə toxunub: ”Rusiya baş verənlərə görə gəlb ağrısı iynə ağrıdan da güclüdür. Ağzımı tikəndə kameranı tutan dostum mənim tərəfə baxa bilmirdi”.

Transvestit gələcəkdə insanların Rusiyada vəziyyətlə bağlı daha çox məlumatlı və imkan daxilində təzyiq göstərəcəyinə ümidvar olduğunu bildirib. O mümkün dərəcədə Rusiya məhsullarını almaqdan imtina və Soçi Olimpiadasını boykot etməyə təklif edib.



AzVision.az


Teqlər:  





Xəbər lenti