Distant təhsil diplomları Azərbaycanda tanınmır

Distant təhsil diplomları Azərbaycanda tanınmır
  12 Avqust 2013    Oxunub:2870
Təhsil Nazirliyi distant təhsil aldıqdan sonra verilən diplomların Azərbaycanda tanınıb-tanınmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
AzVision.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, xarici ölkələrin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması (nostrifikasiya) proseduru Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın tələblərinə riayət olunmaqla həyata keçirilir: “Nazirlər Kabinetinin qeyd edilən qərarında distant formada təhsil alan şəxsin xarici ali təhsil haqqında sənədinin ölkə ərazisində tanıması proseduru nəzərdə tutulmayıb”.

AzVision.az



Teqlər:  





Xəbər lenti