Vergidən yayınan şirkətlər açıqlandı - SİYAHI

Vergidən yayınan şirkətlər açıqlandı - SİYAHI
  22 Dekabr 2016    Oxunub:3003
Sahibkarlarla keçirilən görüşlərdə və kütləvi informasiya vasitələrində aparılan mütəmadi təbliğat işinə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları-hüquqi və fiziki şəxslər gömrük rəsmiləşdirilməsi zamanı müvafiq gömrük orqanlarına təqdim etdikləri invoysda idxal etdikləri malların dəyərini aşağı göstərməklə dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarından yayınmağa çalışır.
AzVision.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin yaydığı məlumatda öz əksini tapıb. Komitədən bildirilib ki, sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.



“Cədvəldən də göründüyü kimi, ümumilikdə 116 494,73 ABŞ dolları və 63 951,34 avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib və təəssüf ki, bu kimi hallar davam edir.

Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanacaq”, - deyə məlumatda vurğulanıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti