I sinfə qəbul başa çatıb
Həmin komissiyaların hər birində ibtidai sinif müəllimi, həkim, psixoloq və metodistlər təmsil olunur.
Bakı şəhəri üzrə uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı 3788 ərizə daxil olmuşdur. Avqustun 20-dək müsahibədən keçirilmiş 1868 uşaqdan 975-nin vaxtından əvvəl I sinfə qəbuluna razılıq verilib.
Müsahibə valideynlərin iştirakı ilə keçirilir. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə müsahibənin videoçəkilişi aparılır. Bu il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan uşaqlarla aparılan müsahibənin sentyabrın 10-da başa çatdırılması nəzərdə tutulub.
Sevinc İltifatqızı