Əvəz Temirxan İbrahimbəyovdan ümidini kəsib
O hesab edir ki, bütün hallarda Rüstəm İbrahimbəyovun namizədliyi müdafiə edilməldir: “Hətta belə bir fikir var idi ki, Rüstəm bəyin namizədliyinin qeydə alınmasını tezləşdirmək üçün siyasi liderlərdən birini ehtiyat vahid namizəd seçək. Amma bu fikirlə bağlı konsensus olmadı. Ona görə də hesab edirəm ki, bu gün Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması ümidi itib. Buna görə də məşhur ziyalılarıdan birinin namizədliyinin irəli sürülməsi məqbuldur”.
Ə.Temirxan qeyd edib ki əgər seçkidə iştirakın forması reytinq səsverməsi ilə müəyyənləşdirilibsə, onda gərək vahid namizədimizin də hansı yolla, kimlərdən müəyyələnləşməsi də reytinq səs verməsi ilə keçilirsin: “Siyasi liderlərdən 4-ü bunun üçün iddialıdır. Onlar arasında reytinq səsverməsi keçirilməli idi ki, onlardan hansını vahid namizəd kimi görmək istəyirik. Təəssüf ki, bu haqda da ortaq məxrəcə gəlinmədi”-deyə Ə.Temirxan vurğulayıb.
Fatimə
Teqlər: