İstifadəyə yararsız ağartı məhsulları aşkarlandı

İstifadəyə yararsız ağartı məhsulları aşkarlandı
  24 Avqust 2013    Oxunub:3833
`Amal`firmasının fəaliyyəti dayandırıldı
Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 84 ünvanında fəaliyyət göstərən "Amal" firmasına məxsus istehsalat sahəsində ayranın uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə dovğa, qatıq, kəsmik, xama və ayran məhsullarının markalanmasında istehsal tarixinin və saxlama müddətinin göstərilmədiyi, pendirin markalanmasında isə istehsal tarixinin və saxlama müddətinin normativ sənədlərdə müəyyənləşdirilmiş müddətdən artıq göstərildiyi aşkar edilib.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AzVision.az-a verilən məlumata görə,qatıq və dovğa məhsullarının markalanmasında enerji və qida dəyərinin müəyyən edilmiş normalardan fərqli göstərildiyi müəyyən edilib.

Markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan ümumi çəkisi 435 kq süd məhsulları satışdan çıxarılıb və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilib.

Qeyd olunanlarla əlaqədar Dövlət Xidməti tərəfindən "Amal" firması barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

AzVison.az



Teqlər:





Xəbər lenti