Yeni Heydər Əliyev Mərkəzi tikilir
Ümumilikdə işlər Heydər Əliyevin adını daşıdığı parkın 360 hektar ərazisini əhatə edir. Hazırda parkda və kompleksdə qazonun və dekorativ gül kollarının əkilməsi, yaşıllıq massivinin müasir üsullarla suvarılması təmin olunur. Gəncənin idarə, müəssisə və təşkilatlarının kollektivləri hər gün könüllü olaraq parkda görülən işlərə yardım edirlər.
Xatırladaq ki, çoxfunksiyalı mərkəzin binasında üzləmə işləri yekunlaşdırılıb. Hazırda tikilinin daxili interyeri qurulur.(kəpəztv)