`Cəmil Həsənlinin sənədlərinə 5 gün ərzində baxılacaq`
MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev AzVision.az-a açıqlamasında Cəmil Həsənlinin sənədlərinin MSK-ya təqdim olunmasını təsdiqləyib :`Bir az əvvəl Cəmil Həsənlinin sənədləri bizə təqdim olundu. Seçki məcəlləsinin tələblərinə uyğun olaraq, sənədlərə 5 gün ərzində baxılacaq`
Qeyd edək ki, Milli Şuranın Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndəsi, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Cəmil Həsənlinin sənədlərini MSK-ya təqdim edib.
O bildirib ki, MSK-ya Təşəbbüs Qrupu üzvlərinin 150-yə yaxın imza nümunəsi və müvafiq sənədlər təqdim edilib.
Nihadə Eyyubova