Rüstəm İbrahimbəyov Dağıstana gedib
Söz yox, R.İbrahimbəyov öz yaxın ətrafı ilə söhbətində deyib ki, o, ağır seçkiqabağı mərhələdən sonra Dağıstana dincəlmək üçün gedib. Əslində isə məlumatlı mənbələrin verdiyi informasiyalar ayrı şey deyir. Həmin xəbərlərə görə, İbrahimbəyov R.Abdulatipovla Azərbaycanda siyasi vəziyyətin dəyişməsinin mümkün olub-olmaması məsələsi ətrafında ciddi məsləhətləşmə və fikir mübadiləsinə başlayıb.
Xəbərdə deyilir ki, R.İbrahimbəyov Milli Şura liderlərinin bir hissəsinin sentyabrın 15-də icazəli mitinq keçirmək barədəki qərarına kəskin şəkildə etiraz edir. İbrahimbəyovun sözlərinə görə, müxalifət belə məxməri və yumşaq siyasətlə heç nə edə, seçkiyə qədərki bir neçə həftəlik müddətdə mövcud vəziyyəti dəyişə bilməz.
İbrahimbəyovla Abdulatipovun görüşünün və məsləhətləşmələrinin təfərrüatları haqda yeni yazımız olacaq. (virtualaz.org)