`Cəmil Həsənli reklam olunmaq üçün ortaya atılıb`
S.Novruzov bildirib ki, bu bir seçki texnologiyasıdır: "Yəni bununla həmin şəxsin daha da çox reklam olunması, cəmiyyətin diqqətinin cəlb edilməsi və digər bu kimi məqsədlərlə ortaya atılmış bir haldır. Ona görə də bunlar hamısı yalandır, böhtandır".
S.Novruzov qeyd edib ki, burada heç bir sui-qəsd halından söhbət gedə bilməz, sadəcə olaraq bunu belə edirlər ki, cəmiyyətin diqqətini cəlb etsinlər və həmin şəxsin ətrafında öz reklamlarını qursunlar: "Cəmil Həsənli nə böyük adamdır ki, ona qarşı sui-qəsd törədilsin? Hər gün o adam müəyyən yerlərə gedir, gəlir. İndiyə qədər elə hal olmayıbsa indi nə oldu ki, oldu? Bu elə bir əvəzolunmaz namizəddir və ya dünya siyasətçisidir ki, ona qarşı sui-qəsd hadisəsi planlaşdırılsın".
S.Novruzov əlavə edib ki, belə yalan məlumatların yayılması sadəcə reklam məqsədi daşıyır.(trend)