Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən
AzVision.az-a bildirilib ki, dəniz limanlarında 5260,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 5047,5 min tonunu və ya 96 faizini tranzit yüklər təşkil edib. 2017-ci il iyul ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 134,1 min ton idxal yükləri olub.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,3 faiz artaraq 9,7 min nəfər olub.
AzVision.az