Hacıqabulda su basan ərazilər təmizlənir - VİDEO

Hacıqabulda su basan ərazilər təmizlənir -    VİDEO
  15 Oktyabr 2024    Oxunub:345
İntensiv yağışlarla əlaqədar Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür.
AzVision.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında bildirilib.

Nazirliyin Muğan Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir. Hazırda əməliyyat davam etdirilir.



AzVision.az



Teqlər:





Xəbər lenti