İntuisiyanız güclüdürmü? - TEST

İntuisiyanız güclüdürmü? - TEST
  20 Yanvar 2013    Oxunub:2279
İntuisiyanızın nə dərəcədə güclü olduğunu bilmək istəyirsiniz? Elə isə, AzVision.az-ın sizə təqdim etdiyi testdən keçin.


[B]1.Sizə cavabını bilmədiyiniz çətin bir sual veriblər. Cavabın nə olduğunu təxmin edə bilərsinizmi?[/B]

a) bəli, təssəvvür edə bilirəm.

b) hərdən bəxtim gətirir.

c) Risk etməməyi üstün tuturam və sadəcə olaraq cavab verməkdən imtina edirəm.



[B]2. “Təzələrin bəxti gətirir” şüarına əsaslanaraq şans oyunlarında bəxtininizi sınamısınızmı?[/B]

a) Bəli, yaxşı qazanmışam da.

b) Bəli, amma udmaq şansım olmayıb.

c) Mən heç vaxt belə risk etməzdim.



[B]3. Həmsöhbətinizin nə demək istədiyini qabaqcadan duya bilmisinizmi?[/B]

a) Çox vaxt, yaxın dostlarımın nə demək istədiyini bilirəm, bəzən uzaq tanışların da nə düşündüklərini bilmək çətin olmur.

c) Nadir hallarda



[B]4. Dəstəyi götürməzdən qabaq və ya zəng edənin nömrəsinə baxmadan telefonla zəng edənin kim olduğunu tez-tezmi hiss edirsiniz?[/B]

a) Demək olar ki, həmişə. Nadir hallarda səhv edirəm.

b) 50% zənglərin kimdən olduğunu bilirəm

c) Təsadüfi hallarda



[B]5.Günün “xoş” və ya “pis” keçəcəyini əvvəlcədən hiss edə bilirsinizmi?[/B]

a) Bəli, həmişə də hisslərimə güvənərək davranıram.

b) hərdən olur, lakin buna önəm verməməyə çalışıram

c) Öncəgörmələrə və əlamətlərə inanmıram



[B]6. Özü deməzdən əvvəl tanımadığınız birisinin adının nə olduğunu bilmişiniz?[/B]

a) Bəli, bu mənim öz-özümlə oynadığım bir oyundur, çox vaxt alınır.

b) Cəhd etimişəm, ancaq nəticə uğursuz olub.

c) Nəyimə lazımdı ki ?!



[B]7. İlk baxışdan simpatiya və ya antipatiyaya inanırsınız?[/B]

a) Bəli. İlk qarşılaşmada mənə xoş olmayan bir insanla ünsiyyət qurmamağa çalışıram.

b) Bəli, belə hallar olur, lakin bu, gələcəkdə mənə xeyir verəcək bir insanla əlaqəni kəsməyə heç bir əsas vermir.

c) Mən obyektiv olmağa çalışıram və insanları zahiri görünüşlərinə görə deyil əməllərinə görə qiymətləndirirəm.

[B] Cədvəldən istifadə edərək, ballarlınızı hesablayın və nəticələrlə tanış olun.[/B]



1

2

3

4

5

6

7

a

7

5

7

7

7

5

6

b

3

2

4

4

3

2

3

c

0

0

1

1

0

0

1

[B]30-40 bal:[/B] Sizin intuisiyanız çox gözəl inkişaf edib. Əlbəttə, yanıldığınız vaxtlar da olur. Bunun səbəbi bəzən hisslərinizə deyil, məntiqinizə güvənmənizdir. Ancaq bilin ki, elə hissiyyatın özünün də məntiqi izahı var-sadəcə bir qədər düşünmək lazımdır!

[B]14-29 bal:[/B] İntuisiyanız var, hətta kifayət qədər yaxşıdır demək olar. Lakin dağınıqlığınız, xasiyyətinizə xas olan skeptiklik buna mane olur. Heçolmazsa hərdən özünüzə güvənməyə çalışın!

[B]0-13 bal:[/B] Əminliklə deyə bilərik ki, siz beyninizin şüaraltı düşüncələrinə düşmənsiniz. Təbii ki, hər kəs kimi sizin də intuisiyanız var. Bilin ki, bəzən hisslərin sözünə qulaq asmamaq təhlükəli ola bilir.


Teqlər:





Xəbər lenti